Bank Of Baku

Arif Hacılı: “Kütləvi aksiya ilə bağlı qərar gələn həftə veriləcək”

Arif Hacılı: “Kütləvi aksiya ilə bağlı qərar gələn həftə veriləcək”
# 08 iyul 2010 13:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyası növbəti mitinqlə bağlı qərarını gələn həftə verəcək. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya açıqlamasında bildirib ki, hazırda partiya daxilində və Demokratiya Uğrunda İttifaqla birgə müzakirələr aparılır: “Aksiyaların birgə keçirilməsi və yaxud eyni gündə keçirilməsi təklifləri var. Ona görə də qərar qəbul etməyə tələsmirik. AXCP ilə birgə aksiyanın keçirilməsi ilə bağlı hələlik müzakirə yoxdur, amma müəyyən kontaktlarımız var. Ehtimal edirəm ki, yaxın zamanlarda kütləvi aksiya keçiriləcəksə, bunun vaxtının və yerinin AXCP ilə razılaşdırılması istisna deyil. AXCP-də də oxşar mövqe mövcuddur. Buna görə istisna deyil ki, növbəti aksiyamız da əvvəl olduğu kimi eyni gündə və eyni şüarlar altında keçirilsin”.

A. Hacılı onu da bildirib ki, Müsavat Partiyası AXCP ilə əməkdaşlıqda maraqlıdır və bununla bağlı heç bir şərt irəli sürmür: “Biz ümumiyyətlə, “Azadlıq” blokunun mövcudluğu şəraitində də AXCP ilə əməkdaşlığa hazır olduğumuzu bildirmişik. Bu baxımdan Müsavat-AXCP münasibətlərinin formalaşması məsələsində bizim üçün blokla bağlı hər hansı problem yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR