Bank Of Baku

MSK ilə Venesiya Komissiyasının keçirdiyi seminar-treninq başa çatıb

MSK ilə Venesiya Komissiyasının keçirdiyi seminar-treninq başa çatıb
# 08 iyul 2010 14:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyası (MSK) və Avropa Şurası Venesiya Komissiyasının parlament seçkiləri ilə bağlı şikayət və müraciətlərə baxılması mövzusunda keçirdikləri iki günlük seminar-treninq başa çatıb. APA-nın məlumatına görə, Bakıda keçirilən tədbirə ölkənin 125 seçki dairəsinin dairə seçki komissiyalarının nümayəndələri qatılıb.

Seminar-treninqdə “Şikayət və müraciətlərə dair ilkin təqdimat”, “Şikayət və müraciətlərə dair Təlimatın xülasəsi”, “Şikayətlərə baxılması üsulları və strategiyaları”, “Təcrübədə baş verən praktik hallar” mövzularında məruzələr edilib. Məruzələr MSK katibi Natiq Məmmədov, Venesiya Komissiyasının ekspertləri Serhi Kalçenko, Dovidas Vitkauskas tərəfindən təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR