Bank Of Baku

Əli Əliyev: “Münasibətlərə aydınlıq gətirilənə qədər VİP “Azadlıq” bloku adından təyin olunmuş aksiyalarda iştirak etməyəcək”

Əli Əliyev: “Münasibətlərə aydınlıq gətirilənə qədər VİP “Azadlıq” bloku adından təyin olunmuş aksiyalarda iştirak etməyəcək”
# 08 iyul 2010 14:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azadlıq” bloku daxilində yaranmış qarşıdurma blokun gələn həftə keçiriləcək toplantısında müzakirə olunacaq. Bu barədə APA-ya blokda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev məlumat verib. Partiya sədri bildirib ki, blok daxilində yaranmış vəziyyət VİP-də müzakirə olunub, lakin hələlik konkret qərar yoxdur: “Məsələ bir daha müzakirə ediləcək və bundan sonra yekun qənaət hasil olacaq”.

Ə. Əliyev deyib ki, birliyin daxilindəki münasibətlərə aydınlıq gətirilənə qədər VİP blok adından təyin olunmuş aksiyalarda iştirak etməyəcək: “Blokun dağılması bu birlikdə olan partiyaların heç birinə sərf etmir. Seçkilər öncəsi bu hadisənin baş verməsi hamımızın ziyanına olar. Amma yaranmış vəziyyəti dəyərləndirib çözməyə ehtiyac var”.

“Azadlıq” blokunun dağılacağı halda VİP, ALP və ADP-nin yeni seçki bloku yaradacağı barədə yayılan məlumatlara gəldikdə, Ə. Əliyev bəyan edib ki, bu barədə indidən bir söz deyə bilməz: “Mən hələlik onun tərəfdarıyam ki, “Azadlıq” blokuna daxil olan partiyalar seçki bloku yaratsınlar. Orada ADP də ola bilər. Amma siyasi blokun daxilində yaranmış vəziyyəti çözənə qədər yaradacağımız seçki bloku haqqında heç nə deyə bilmərəm. Hələlik bu barədə heç bir fikir mübadiləsi olmayıb, indi blokun daxilində yaranmış vəziyyəti aydınlaşdırmaqla məşğuluq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR