Bank Of Baku

YAP-ın gənclər üçün təşkil etdiyi yay istirahət düşərgəsinin ikinci turuna start verilib

YAP-ın gənclər üçün təşkil etdiyi yay istirahət düşərgəsinin ikinci turuna start verilib
# 09 iyul 2010 10:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) gənclər üçün təşkil etdiyi yay istirahət düşərgəsinin ikinci turuna start verilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu gün Bakıdan avtobusla yola düşən 50 nəfər tələbə gəncə yol boyu bələdçi vasitəsilə Azərbaycanın tarixi yerləri haqqında məlumat veriləcəkdir. İstirahət düşərgəsinin proqramına uyğun olaraq Qəbələ şəhəri və köhnə Qəbələ qala divarı ilə tanışlıqdan sonra, gənclər arasında intellektual oyunlar təşkil olunacaq. Gənclərin Milli Məclisin deputatları ilə görüşü də keçiriləcək. Yay düşərgəsi iyulun 11-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR