Bank Of Baku

AMİP sədrliyinə iddialılar arasında Yusif Bağırzadənin adı önə çıxıb

AMİP sədrliyinə iddialılar arasında Yusif Bağırzadənin adı önə çıxıb
# 09 iyul 2010 12:04 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında AMİP-n qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri Arzuxan Əlizadə deyib. O xatırladıb ki, partiyanın üzvü olan hər bir şəxs partiya sədrliyinə namizədliyini irəli sürmək hüququna malikdir: “Yusif Bağırzadə isə sıravi üzv deyil, Siyasi Şuranın üzvüdür, eyni zamanda beynəlxalq məsələlər üzrə katibdir. O da namizədliyini irəli sürmək hüququna malikdir”.

A. Əlizadə hələlik partiya sədrliyinə namizədliklə bağlı heç kimin təşkilat komitəsinə müraciət etmədiyini söyləyib: “Amma ehtimal olunan namizədlər var. Bundan qabaqkı qurultayda namizədliyini irəli sürənlər olub, yenə də ehtimal olunan namizədlər sırasındadırlar. Amma onlar da bildiriblər ki, qurultay başlayana kimi öz güclərini hesablayacaqlar, situasiyanı dəyərləndirəcəklər. Ola bilər ki, öz namizədliklərini irəli sürsünlər, ola bilər digərlərinin namizədliklərini dəstəkləsinlər”.

A. Əlizadə AMİP lideri Etibar Məmmədovun da qurultayda iştirak edəcəyini, onun qurultay nümayəndəsi olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, iyulun 10-da AMİP-in növbəti qurultayı keçiriləcək. Partiya 2008-ci ilin dekabrından sədrsiz fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR