Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Səhiyyə Nazirliyinin əsaslı təmirdən sonra yeni inzibati binası ilə tanış olub

Azərbaycan prezidenti İlham Əliyev Səhiyyə Nazirliyinin əsaslı təmirdən sonra yeni inzibati binası ilə tanış olub
# 09 iyul 2010 12:27 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Səhiyyə Nazirliyinin əsaslı təmirdən sonra yeni inzibati binası ilə tanış olub. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ümumi sahəsi 12 min kvadratmetr olan inzibati binada nazirliyin əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb. Üçmərtəbəli binanın birinci mərtəbəsində vətəndaşların qəbulu şöbəsi, elektron kitabxana və köşk, monitorinq mərkəzi, 200 nəfərlik akt zalı, ikinci mərtəbədə Bakı Şəhər Baş Səhiyyə İdarəsi yerləşir, üçüncü mərtəbədə Fövqəladə Hallar Nazirliyi ilə əlaqəli fəaliyyət göstərən Böhran Mərkəzi yerləşir. Böhran mərkəzindəki elektron xəritə vasitəsilə 103 xidməti haqqında bütün məlumatı əldə etmək olar. Bundan əlavə, bu mərtəbədə kollegiya zalı və Səhiyyə Nazirliyinin muzeyi yerləşir. Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR