Bank Of Baku

AMİP sədri postuna Yusif Bağırzadənin namizədliyi irəli sürülüb

AMİP sədri postuna Yusif Bağırzadənin namizədliyi irəli sürülüb
# 10 iyul 2010 10:23 (UTC +04:00)
APA-nın məlumatına görə, partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Arzuxan Əlizadə, baş katib Fuad Muxtarov və Mərkəzi İntizam Komissiyasının sədri Aydın Əliyevin məruzəsindən sonra AMİP lideri Etibar Məmmədov çıxış edib. O ötən müddət ərzində partiyanın düşdüyü böhranaoxşar vəziyyətlərdən çıxdığı üçün partiya rəhbərliyinə və üzvlərinə təşəkkür edib: “Partiya ötən mərhələni artıq başa vurub və bu müddətdə həm partiyanın daxilində, həm də ölkə həyatında bir sıra ağır sınaqlar oldu. Bundan sonra isə partiya üçün yeni bir mərhələ başlayır. AMİP-in bu qurultayının həm də ölkə həyatı üçün yeni bir mərhələ olduğunu düşünürəm”.

E. Məmmədov çıxışında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlara, ölkədəki sosial-iqtisadi vəziyyətə də münasibət bildirib: “Mən partiya sədrliyindən istefa verəndə onu əsas məqsəd kimi qarşıya qoymuşdum Ki, liderlik üçün can atan insanlar olsun. Bundan sonra partiya üzvləri üçün öz resurslarını toplamaq və cəmiyyətə yenilik gətirmək üçün geniş imkanlar yarandı”.

Daha sonra qurultayda partiya sədri postuna seçkilər başlayıb. Bu posta AMİP Goranboy rayon təşkilatının sədri Fəqani Məhərrəmov və AMİP Siyasi Şurasının üzvü Yusif Bağırzadənin namizədliyi irəli sürülüb. Daha sonra çıxış edən Fəqani Məhərrəmov göstərilən etimada görə qurultay iştirakçılarına təşəkkürünün bildirib və namizədliyini Yusif Bağırzadənin lehinə geri götürüb. Qurultay bu gün işini başa vuracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR