Bank Of Baku

Bahar Muradova: “Minsk Qrupu həmsədrlərinin və danışıqlar aparan tərəflərin fəal fəaliyyəti fonunda ATƏT PA bu prosesin həllinə kömək edəcək sənədləri niyə qəbul etmək istəmir?”

Bahar Muradova: “Minsk Qrupu  həmsədrlərinin  və  danışıqlar  aparan  tərəflərin fəal  fəaliyyəti  fonunda  ATƏT  PA  bu  prosesin  həllinə  kömək  edəcək sənədləri niyə qəbul  etmək istəmir?”
# 10 iyul 2010 11:29 (UTC +04:00)
Bu tələblərdən biri və birincisi məhz ATƏT PA-da Dağlıq Qarabağ probleminin həlli üzrə müvafiq sənədlərin qəbul olunmasına nail olmaq idi”. APA-nın məlumatına görə, bu fikirləri Milli Məclis Sədrinin müavini, ATƏT PA-da Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT Parlament Assambleyasının 19-cu illik sessiyasında çıxışı zamanı söyləyib. O son beş il ərzində ATƏT PA-nın bütün rəhbərliyi ilə görüşlər keçirdiyini deyib: “Assambleyada təmsil olunan bir çox dövlətlərin nümayəndə heyətləri ilə görüşmüşəm, müxtəlif təkliflərlə çıxış etmişəm. Çox böyük təəssüf hissi ilə qeyd etmək istərdim ki, nəticələr acınacaqlıdır. Bu gün hər kəs təsdiq edə bilər ki, ATƏT məkanında Qarabağ problemi mövzusu digər problematik mövzulardan daha çox müzakirə edilir. Minsk Qrupu həmsədrləri, Azərbaycan və Ermənistan prezidentləri, habelə onların nümayəndələri arasında keçirilən görüşlər getdikcə intensivləşir. ABŞ, Fransa və Rusiya prezidentlərinin son bəyanatından sonra münaqişənin məhz Madrid prinsipləri əsasında həllinə ümidlər artıb. Azərbaycan tərəfi hətta belə hesab edir ki, özlüyündə konkret həllə hesablanmamış baza prinsiplər üzərində işləməkdənsə, yaxşı olar ki, tezliklə sülh müqaviləsinə hazırlıq mərhələsinə keçilsin”.

Bahar Muradova ATƏT PA-dakı bəzi nümayəndələrin bu barədə mümkün qədər az danışmağa çalışmasını qəribə hal adlandırıb: “Ümumiyyətlə, bununla əlaqədar sənədlərdə müvafiq fikirlərin əks olunmasına cəhd yoxdur. Cənab Miqliori və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə cənab Lenmarker çox aydın şəkildə Gürcüstan və Moldovaya dair öz fikirlərini bildirdilər. Lakin, heç bir yerdə Azərbaycanı yada salmaq istəmirlər. Mən heç cür başa düşə bilmirəm, məgər Dağlıq Qarabağ tam nəzarətsiz ərazi deyilmi? Məgər bu ərazidəki transmilli cinayətkarlıq, qeyri-leqal silah satışı, narkotik və insan alveri bizi narahat etməli deyilmi? Yoxsa biz belə hesab edirik ki, azərbaycanlı qaçqın və məcburi köçkünlər öz evlərinə qayıtmaq istəmirlər? Bilirəm ki, siz belə hesab etmirsiniz. Mən dəfələrlə Sizin Azərbaycana görə narahat olduğunuzu müşahidə etmişəm. Onda nəyə görə, Minsk Qrupu həmsədrlərinin və danışıqlar aparan tərəflərin belə fəal fəaliyyəti fonunda ATƏT PA bu prosesin həllinə kömək edəcək sənədləri qəbul etmək istəmir? Biz susmaqla, sona qədər sözümüzü deməməklə özümüzü prezidentlərin bəyanatını dəstəkləmək imkanından məhrum etmirikmi?”

Bahar Muradova qeyd edib ki, ötən illər ərzində “qızıl imkan”a dair məruzənin müzakirə olunmamasına görə təəssüflənir: “Nə cənab Lenmarkerin regiona çoxsaylı səfərləri, nə də onun problemə dair çıxışları hər hansı konkret sənəddə öz əksini tapmayıb. Hər birimiz başa düşürük ki, bu münaqişə regiondakı sülh prosesinin təminatına necə böyük təhlükə törədir. Ona görə də mən ATƏT PA-nın yeni seçiləcək rəhbərliyini bütün konfliktlərə eyni cür yanaşmağa və danışıqlar prosesinə müsbət təsir göstərən sənədlərin qəbul olunmasına dair təşəbbüsləri dəstəkləməyə çağırıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR