Bank Of Baku

Asim Mollazadə İnformasiya Texnologiyaları Akademiyasının tələbələrinə master-klass keçib

Asim Mollazadə İnformasiya Texnologiyaları Akademiyasının tələbələrinə master-klass keçib
# 10 iyul 2010 13:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə İnformasiya Texnologiyaları Akademiyasının tələbələrinə “Siyasət, siyasətçilər və media” mövzusunda master-klass keçib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, A. Mollazadə dinləyicilərə siyasi qurumlar və siyasətçilərlə işləməyin mexanizmləri, effektiv üsulları, söz azadlığından bəhrələnmənin yolları, jurnalist etikası barədə məlumatlar verib. Həmçinin onlarla öz siyasi baxışlarını bölüşüb, media ilə münasibətlərinə aydınlıq gətirib. Sonra partiya sədri tələbələri maraqlandıran sualları cavablandırıb.

Dərsdən sonra tələbələr A. Mollazadə haqqında çəkilmiş televiziya proqramına baxıblar. Akademiyanın dərs prinsiplərinə əsasən tələbələr A. Mollazadə ilə tanışlıq, onun keçdiyi master-klass və brifinq əsasında müxtəlif media materialları hazırlayacaqlar. Sonra bu materiallar ölkənin aparıcı KİV-lərində yayınlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR