Bank Of Baku

YAP-ın gənclər üçün təşkil etdiyi yay istirahət düşərgəsinin ikinci mərhələsi başa çatıb

YAP-ın gənclər üçün təşkil etdiyi yay istirahət düşərgəsinin ikinci mərhələsi başa çatıb
# 12 iyul 2010 09:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) gənclər üçün təşkil etdiyi yay istirahət düşərgəsinin ikinci mərhələsi başa çatıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşərgənin ilk günü, iyulun 9-da gənclər əvvəlcə Şəkiyə səfər edib, şəhərin tarixi abidələri və muzeyləri ilə tanış olublar. Sonra iştirakçılar düşərgədə təşkil olunmuş əyləncəli proqramlarda iştirak edib, intellektual oyunlar üzrə yarışıblar. Düşərgənin proqramına uyğun olaraq gənclər arasında “Vətənpərvərlik: gənclərin baxışı” mövzusunda diskussiya keçirilib, Milli Məclisin deputatları ilə görüş təşkil olunub. YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun təklifi ilə gənclər 3 qrupa bölünərək müxtəlif mövzular ətrafında diskussiyalar aparıblar. Çıxışları ilə fərqlənən üç gənc YAP tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, düşərgənin birinci mərhələsi iyulun 2-dən 4-dək Oğuz şəhərindəki “Afra-otel” Kurort və Biznes Mərkəzində təşkil olunub. Düşərgədə partiyanın Gənclər Birliyinin müxtəlif şəhər və rayon təşkilatlarını təmsil edən 70 fəal gənc iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR