Bank Of Baku

Asim Mollazadə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına həsr olunmuş Varşava Şərqi Avropa konfransında iştirak edəcək

Asim Mollazadə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına həsr olunmuş Varşava Şərqi Avropa konfransında iştirak edəcək
# 12 iyul 2010 10:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına həsr olunmuş Varşava Şərqi Avropa konfransında iştirak etmək üçün Polşaya səfər edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, «Biz hara gedirik? Post-kommunist və post-sovet ölkələri son 20 ildə» mövzusunda keçiriləcək konfransda «Şərq tərəfdaşlığı» proqramının birgə təşəbbüskarı kimi Polşanın rolu, bu layihənin reallaşmasında rəsmi Varşavanın öhdəlikləri, «Şərq tərəfdaşlığı» ilə bağlı ehtimalların reallaşdırılması səviyyəsinin qiymətləndirilməsi, tərəfdaş ölkələrdən gözlənilən təşəbbüslər müzakirə olunacaq. A. Mollazadə «Azərbaycanın son 20 ildə qət etdiyi məsafə və Şərq tərəfdaşlığı proqramında rolu» mövzusunda məruzə edəcək.

Konfransda Avropa Birliyinin Şərq tərəfdaşlığı proqramına daxil edilmiş altı ölkənin - Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus, Moldova - parlament və xarici işlər nazirliklərinin yüksək səviyyəli təmsilçiləri məruzə edəcəklər. Bura post-sovet məkanından, Şərqi və Qərbi Avropa ölkələrindən, həmçinin ABŞ və Kanadadan 200-dək nüfuzlu şəxs qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR