Bank Of Baku

DUİ növbəti Qarabağ Forumu keçirəcək

DUİ növbəti Qarabağ Forumu keçirəcək
# 12 iyul 2010 12:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi durum, parlament seçkiləri və qarşıda duran vəzifələr müzakirə olunub. İttifaq rəhbərliyi müzakirələrdən sonra iyulun 19-da növbəti Qarabağ Forumunun keçirilməsi barədə qərar qəbul edib. İclasda parlament seçkiləri öncəsi real müxalifət qüvvələrinin birliyinin zəruriliyi vurğulanıb və bu istiqamətdə səylərin davam etdirilməsi məqbul sayılıb.

DUİ Sədrlər Şurası hesab edir ki, seçki komissiyalarının hazırkı tərkibi ilə demokratik seçki keçirilməsi qeyri-mümkündür. Bu istiqamətdə dəyişiklikləri zəruri sayan DUİ ATƏT-in Bakı bürosuna müraciət etməyi qərara alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR