Əli Əliyev: ““Azadlıq” blokunun fəaliyyətinə faktiki olaraq xitam verilib, bundan sonrakı mərhələdə AXCP ilə siyasi əlaqələrimiz davam edə bilməz”
ALP lideri Lalə Şövkət APA-ya açıqlamasında bildirib ki, AXCP-nin Müsavatla əməkdaşlıq barədə qərar qəbul edəcəyini onlar çoxdan gözləyirdilər. Bu qərardan çox şad olduğunu deyən Lalə Şövkət bunu nəhayət ki, məsələnin öz həllini tapması ilə izah edib. Onun sözlərinə görə, ilin əvvəlində birmənalı olaraq bildirib ki, heç kim düşünməsin ki, AXCP-Müsavat birliyinə onlar tərəfindən hər hansı maneçilik var: “Belə bir birliyin olacağı halda avtomatik olaraq “Azadlıq” blokuna xitam veriləcəyini bildirmişdim. Əli Kərimliyə də dəfələrlə bildirmişəm ki, ALP heç vaxt Müsavatla birliyə gedə bilməz, ona görə ki, Müsavat bütün körpüləri yandırıb. Buna görə də Əli bəyə təklif etdim ki, bu məsələni özü müəyyənləşdirsin. Mart ayının 11-də blokun yığıncağında qeyd etdim ki, mən mətbuata müsahibə verəndə hər sözümü bir neçə yerə yozurlar. Sizə mane olmamaq üçün hətta siz seçiminizi edənədək fasilə götürürəm. Yəni bir saniyə də olsun AXCP-Müsavat birliyinə mane olmamışam. Onlar indi belə bir qərar qəbul ediblərsə, biz neçə ay davam edən qeyri-müəyyənliyə son qoyulduğuna görə şadıq. AXCP seçimini və qərarını qəbul edib. Mən onların birləşməsi üçün bir böyük kimi imkan yaratdım. Ən əsas məsələ odur ki, son bir ildə AXCP funksionerləri və partiyaya yaxın qəzetin əməkdaşları məhz AXCP-Müsavat birliyinin tərəfdarı kimi çıxış edirdilər. Gördüm ki, həqiqətən də cəbhəçilər Müsavatla birləşmək istəyirlər. Mən özüm də Əli bəyə demişəm ki, cəbhəçilərin marağını nəzərə alaraq AXCP-Müsavat birliyi barədə qərar qəbul etsin”.
Ötən müddət ərzində Ə. Kərimlinin Müsavat Partiyası ilə “Azadlıq” blokunun bütöv şəkildə əməkdaşlıq etmək imkanları barədə səsləndirdiyi fikirlərə gəldikdə, Lalə Şövkət bunun mümkünsüz olduğunu qeyd edib: “Bəli, Əli Kərimli bunu təklif edirdi. Amma mən də başa saldım ki, bu mümkün deyil. Ona bildirmişdim ki, siz Müsavatla birləşsəniz, “Azadlıq” blokuna xitam veriləcək. Əgər indi AXCP ilə Müsavat arasında belə blok yaranırsa, avtomatik olaraq “Azadlıq” blokuna xitam verilir. Bloku iki partiyanın davam etdirməsi mümkün deyil. Yeni bir konfiqurasiyanın yaranıb yaranmayacağını zaman göstərəcək. AXCP-nin belə bir qərar qəbul etməsinə baxmayaraq, biz onların ardınca danışmayacağıq. Bizim münasibətlərimiz elə səviyyədədir ki, istəməzdim bundan sonra pozulsun. İnsanlar ayrılanda gərək alicənab ayrılsın. Bu da çox mədəni, alicənab bir ayrılıqdır. Mən onların arxasınca danışmayacağam”.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə həmkarından fərqli olaraq AXCP-nin qərarının gözlənilməz olduğunu qeyd edib: “Həmçinin bu qərarı mətbuatdan eşitməyimiz etik baxımdan doğru deyil. Ən azı bir həftə əvvəl qəbul olunan qərar bizə deyilməli idi. Bu, qeyri-etik münasibətdir. Bundan sonrakı mərhələdə AXCP ilə siyasi əlaqələrimiz davam edə bilməz. Bu günlərdə blokun fəaliyyətinə rəsmi olaraq xitam veriləcək”. “Azadlıq” blokunun fəaliyyətinə faktiki olaraq xitam verildiyini bildirən Ə. Əliyev bildirib ki, bundan sonra ALP və VİP-in siyasi müttəfiqlik münasibətləri davam edəcək: “Seçkilərdə birgə iştirak etmək niyyətindəyik, yaxın günlərdə seçki blokunun yaranması ilə bağlı qərarımız cəmiyyətə açıqlanacaq. Müsavat Partiyasının 2005-dən sonra etdikləri və son dövrlər cəmiyyətdə müxalifət düşərgəsinə qarşı sərgilədiyi mövqe baxımından bəlli idi ki, biz Müsavatla əməkdaşlıq etməyəcəyik. 2005-ci ildə Müsavat Partiyası “Azadlıq” blokunun prinsiplərinə xəyanət etmişdi. Belə siyasi qüvvə ilə bir yerdə olmaq o vaxtkı məsuliyyəti bölüşmək və həmçinin növbəti məsuliyyətləri yaratmaq demək idi”.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə kursları keçirib
Baş Prokurorluq İsmayıllıda seminar keçirib - YENİLƏNİB
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
Şamaxıda “Nəsimi Bağları”nda 150 mindən çox ağac və bitki əkilib - FOTO
General-mayor İsgəndər Allahverdiyev vəfat edib
Papuaşvili: Rusiya Gürcüstanın ərazi bütövlüyünü tanımalıdır
Mənimsəmədə ittiham olunan sabiq hərbi vəzifəli şəxslərin məhkəməsi başlayıb
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin üzvləri Milli Musiqi Günü ilə əlaqədar fləşmob keçiriblər - VİDEO
Sabah 33 dərəcə isti olacaq
Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib
Filippində məktəbdə atışma baş verib: 6 nəfər ölüb, 17 yaralı var - YENİLƏNİB
Azərbaycan millisinin heyəti açıqlanıb
Yeni təmayül modeli: məktəbini dəyişmək istəməyən şagirdlər və repetitorluğun alternativi - ARAŞDIRMA
Hörmüz boğazında tankerə hücum edilib
Yol polisi Formula 1-lə əlaqədar sürücülərə müraciət edib
XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində açıq havada konsert proqramı nümayiş olunub - FOTO
FHN-in Muğan Regional Mərkəzi kompleks mülki müdafiə təlimi keçirib - FOTO
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib
Milli Musiqi Günü münasibətilə I Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarı ziyarət edilib - FOTO
ADY: Orta Dəhliz üzrə yükdaşımaların artması lokomotiv parkının yenilənməsini zəruri edir
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İnam Kərimov Asiya-Sakit okean regionu Ali Məhkəmələri sədrlərinin konfransında iştirak edib
FHN sürücülərə müraciət edib
APA Group yeni mövsümə başlayıb - VİDEO
Metro və dəmir yolu layihələri üçün torpaqların alınması qaydaları təkmilləşdirilir
“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb, aqrar sahədə yeni maliyyələşmə mexanizmi olacaq
Pentaqon ABŞ qoşunlarının Avropadan çıxarılması planını nəzərdən keçirir
Tahir Gozal “Azərbaycan Sənaye Bankı”nın rəhbəri seçilib - EKSKLÜZİV
Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinə media-tur təşkil edilib - FOTO
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib
Tbilisidə uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
“Yelo Bank”ın Müşahidə Şurasına yeni təyinat olub
ADY lokomotiv parkını yeniləyir: Çindən yeni lokomotivlər Bakıya gətirilib - FOTO
Azərbaycan DTX 5 ölkədə paralel antiterror tədbirləri keçirib, 10 nəfər saxlanılıb - VİDEO
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
NBC News: Pakistanda aprel görüşlərində İranla razılaşmanın qarşısını Marko Rubio alıb
Azərbaycan nefti 121 dollara satılıb
EBRD-nin Azərbaycandakı kredit portfelinin həcmi açıqlanıb
Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı keçirilib, Aras Bulut İynemli və daha 14 nəfər saxlanılıb
“Aşk-ı Memnu”nun aktrisası vəfat edib
Ötən gecə Moskva səmasında 64 Ukrayna dronu vurulub
Bu günün valyuta məzənnələri
Rusiyada Dövlət Dumasına seçkilər başlayıb
Dünya bazarında neftin qiyməti 104 dollardan aşağı düşüb
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Zaqatalada 52 yaşlı kişinin meyiti tapılıb
“Bitcoin”in qiyməti 77 min dolları ötüb
Qlobal fond bazarlarında yüksəliş müşahidə olunub
Bloomberg: ABŞ Tramp-Si Cinpin görüşünədək Çinə qarşı yeni rüsumlar tətbiq etməyəcək
KİV: ABŞ İraqdan çıxması ərəfəsində hava hücumundan müdafiə sistemlərini sökməyə başlayıb