Bank Of Baku

MSK gələn həftədən yeni binada fəaliyyət göstərəcək

MSK gələn həftədən yeni binada fəaliyyət göstərəcək
# 14 iyul 2010 09:15 (UTC +04:00)
Qurumun mətbuat xidmətinin rəhbəri Azər Sarıyev APA-ya bildirib ki, proses ötən gündən başlayıb və bu həftənin sonuna kimi yekunlaşacaq. O, MSK-nın nəzdində olan Seçkilər İnformasiya Mərkəzinin də yeni binaya köçməyə başladığını vurğulayıb.

Qeyd edək ki, bu vaxta qədər MSK Zərifə Əliyeva küçəsi də üçmərtəbəli binada yerləşirdi. Qurumun iş şəraitini yaxşılaşdırmaq üçün Binəqədi rayonu ərazisində yeni 9 mərtəbəli bina tikilib. Binada komissiya üzvlərinin və əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Hündürlüyü 39 metr olan binanın ümumi tikinti sahəsi 9600 kvadratmetrdir. Binada xidməti otaqlarla yanaşı, kitabxana, arxiv, konfrans və müşavirə zalları, “Seçkilər” İnformasiya Mərkəzi, seçki məntəqələrindəki veb-kameralara nəzarət mərkəzi, yeməkxana və digər yardımçı otaqlar var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR