Bank Of Baku

Arif Hacılı: “AXCP ilə birgə seçki bloku və ya siyasi blok yaradacağımızı zaman göstərəcək”

Arif Hacılı: “AXCP ilə birgə seçki bloku və ya siyasi blok yaradacağımızı zaman göstərəcək”
# 14 iyul 2010 10:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Müsavat Partiyası ilə AXCP arasında ilkin əlaqələr yaranıb. Düşünürəm ki, bu əlaqələr artıq müzakirələrə çevrilməlidir və ehtimal edirəm ki, yaxın zamanlarda bu, baş verəcək”. Bu açıqlamanı APA-ya Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı verib. AXCP-Müsavat münasibətlərinin yaxşılaşmağa doğru getdiyini bildirən A. Hacılı hələlik çox uzağa gedən nəticələr çıxarmağın tez olduğunu da vurğulayıb: “Müsavat Partiyasından danışıqlar aparmaq üçün nümayəndələr ayrılmayıb. Düşünürəm ki, AXCP tərəfindən bu məsələ ilə bağlı yanlışlığa yol verilib. Ümumiyyətlə hələlik ilkin əməkdaşlığın yaranmasından söhbət getməlidir. Partiyaların mövqeyi birgə seçki bloku yoxsa siyasi blok və yaxud əməkdaşlıq şəklində olacaq, bunları zaman və müzakirələrin nəticələri müəyyən edəcək”.

A. Hacılı bildirib ki, Müsavat Partiyası adətən digər siyasi qüvvələrlə ikitərəfli əməkdaşlığa üstünlük verir və AXCP ilə münasibətlərdə də bu prinsip gözləniləcək: “Açığı, Demokratiya Uğrunda İttifaqla da münasibətlərimiz bu şəkildə qurulub. Yəni DUİ Müsavatın hər hansı təşkilatla ikitərəfli və yaxud çoxtərəfli danışıqlar aparmasına normal yanaşır. Müsavat-AXCP əlaqələri ilə bağlı məsələdə də DUİ kifayət qədər loyal mövqedədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR