Bank Of Baku

Sərdar Cəlaloğlu ADP-nin AXCP-Müsavat birliyində təmsilçiliyini istisna etmir

Sərdar Cəlaloğlu ADP-nin AXCP-Müsavat birliyində təmsilçiliyini istisna etmir
# 15 iyul 2010 13:08 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycan Demokrat Partiyasının AXCP-Müsavat birliyində təmsil olunması istisna deyil. Amma bununla bağlı bizə hələlik təklif yoxdur”. Bu açıqlamanı APA-ya ADP sədri Sərdar Cəlaloğlu verib. Partiya sədri bildirib ki, hazırda ADP bir sıra partiyalarla müzakirələr aparır: “Ən müxtəlif konfiqurasiyalar, variantlar meydana çıxıb. Müzakirələrdə bir çox partiyalar iştirak edir. Amma konkret nəticə olmadığı üçün adları demək istəmirəm. Müxalifətdə olan bütün qruplarla belə müzakirələr aparılır. Tutaq ki, Müsavat-AXCP-ADP, ADP-ALP-VİP-Ümid, Ümid-ADP-AMİP kimi təkliflər mövcuddur. Yəni ortada on partiya var və bunların ən müxtəlif konfiqurasiyaları mümkündür”.

S. Cəlaloğlu bildirib ki, ADP-nin bütün partiyalarla eyni məsafəsi var və heç bir partiya ilə problemi olmadığı üçün istənilən birlikdə təmsil oluna bilər: “Sadəcə olaraq həmin birliyin məqsədləri, qarşılıqlı münasibətlərin tənzimlənməsi bizim seçimimizdə önəmli rol oynayacaq. Yekun qərarın verilməsi məsələsi isə təkcə məndən asılı deyil, əgər məndən asılı olsa deyərəm ki, hətta gecikmişik. Gərək tərəfdaşlarımız da konkret bir mövqeyə gəlsinlər. Bir qədər mürəkkəb proses olduğu üçün sürət aşağıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR