Bank Of Baku

İsa Qəmbər Müsavat Partiyası ilə AXCP-nin Müsavat adı altında birləşməsini təklif edib

İsa Qəmbər Müsavat Partiyası ilə AXCP-nin Müsavat adı altında birləşməsini təklif edib
# 15 iyul 2010 15:53 (UTC +04:00)
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, tədbirdə Müsavat, AXCP, KXCP, Demokratiya Uğrunda İttifaqa daxil olan partiyaların rəhbərliyi, ziyalılar qatılıb. Tədbirdə çıxış edən Müsavat Partiyasının başqanı İsa Qəmbər AXC-nin yaranması dövrü, şəraiti, fəaliyyəti barədə çıxış edib. A. Hacılının sözlərinə görə, hazırkı siyasi proseslərə münasibət bildirən partiya başqanı siyasi qüvvələrin bir araya gəlməsi zərurətindən danışıb, AXCP ilə Müsavatın birləşməsi təklifini irəli sürüb: “Eyni zamanda parlament seçkilərindən sonra siyasi partiyaların birləşməsinin mümkünlüyü barədə danışdı. O, bildirdi ki, partiyalar bir araya gələ bilər, Müsavat adı altında partiyaların birləşməsi prosesi baş verə bilər”. A. Hacılı tədbirdə çıxış edənlərin bu təklifləri müsbət qarşıladığını qeyd edib.

İ. Qəmbər çıxışında bu il onun Müsavat Partiyasına rəhbərlik etmək üçün səlahiyyət müddətinin başa çatdığını və başqanlıqdan gedəcəyini də vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR