Bank Of Baku

Norveç səfiri İsa Qəmbərlə görüşüb

Norveç səfiri İsa Qəmbərlə görüşüb
# 16 iyul 2010 12:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Norveç Krallığının səfiri Yon Ramberq Azərbaycanda diplomatik fəaliyyətinin bitməsi ilə əlaqədar Müsavat Partiyasının başqanı İsa Qəmbərlə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə İ. Qəmbər səfirə Azərbaycandakı fəaliyyətinə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə qarşıdan gələn parlament seçkiləri, Seçki Məcəlləsi, söz və mətbuat, sərbəst toplaşmaq azadlığı, siyasi məhbuslar, həbsdə olan jurnalist və bloggerlərin indiki durumu və qarşılıqlı maraq doğuran digər problemlər barədə fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR