Bank Of Baku

“Elm haqqında” və “Ali təhsil haqqında” qanun layihələri Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq

“Elm haqqında” və “Ali təhsil haqqında” qanun layihələri Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq
# 17 iyul 2010 11:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Elm haqqında” və “Ali təhsil haqqında” qanun layihələrinin hazırlanması məqsədilə Milli Məclisin Elm və təhsil komitəsinin nəzdində işçi qrupları yaradılıb. APA-nın məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində parlamentin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib. Onun sözlərinə görə, hazırda hər iki qanun ilkin layihəsi hazırdır və onların Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulub. Komitə sədri bildirib ki, bu qanunların qəbul olunmasında əsas məqsəd Azərbaycan elminin inkişafını sürətləndirməkdir: ““Elm haqqında” qanun layihəsi elmin qanunvericilik bazasının yaradılmasına və elmi fəaliyyətlə bağlı bütün proseslərin hüquqi tənzimlənməsinin təmin olunmasına xidmət edəcək. Qanun layihəsində elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsipləri, elmi fəaliyyətin stimullaşdırılması mexanizmi, elmi işçilərin hüquq və vəzifələri, elmin idarə olunması və koordinasiya edilməsi sistemi, elmin maliyyələşdirilməsinin yeni mexanizmi, innovasiyaların stimullaşdırılması, elmi məktəblərin yaradılması və s. bu kimi məsələlər təsbit edilib”.

“Ali təhsil haqqında” qanun layihəsi də öz növbəsində sahəvi qanun olmaqla ali təhsil sferasında olan münasibətlərin tənzimlənməsi üçün hüquqi baza rolunu oynayacaq: “Layihə “Təhsil haqqında” qanunda müəyyən edilmiş ümumi prinsiplərdən çıxış etməklə ali təhsilin təşkili və idarə olunması sistemini, ali təhsilin hər bir səviyyəsində tədrisin təşkili, ali təhsilin yeni maliyyələşdirmə sistemini və digər məsələləri müəyyən edir. Ali təhsilin Boloniya prosesinin tələblərinə tam uyğunlaşdırılması və ali məktəblərin dünyanın aparıcı universitetləri ilə rəqabət apara biləcək səviyyəyə çatdırılması baxımından bu qanun mühüm əhəmiyyət kəsb edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR