Bank Of Baku

MSK yeni inzibati binada fəaliyyətə başlayıb

MSK yeni inzibati binada fəaliyyətə başlayıb
# 19 iyul 2010 09:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyasının (MSK) yeni binaya köçməsi yekunlaşıb. Qurumun mətbuat xidmətinin rəhbəri Azər Sarıyev APA-ya bildirib ki, ötən həftənin sonundan MSK yeni binada fəaliyyətə başlayıb. MSK ilə bərabər qurumun nəzdində olan Seçkilər İnformasiya Mərkəzi də yeni binaya yerləşib. A. Sarıyev MSK-nın бинада МСК-нын вя онун гурумларынын fəaliyyəti üçün yaxşı iş şəraitinin yaradıldığını vurğulayıb.

Qeyd edək ki, bu vaxta qədər MSK Zərifə Əliyeva küçəsində üçmərtəbəli binada yerləşirdi. Qurumun iş şəraitini yaxşılaşdırmaq üçün Binəqədi rayonu ərazisində yeni 9 mərtəbəli bina tikilib. Binada komissiya üzvlərinin və əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Hündürlüyü 39 metr olan binanın ümumi tikinti sahəsi 9600 kvadratmetrdir. Binada xidməti otaqlarla yanaşı, kitabxana, arxiv, konfrans və müşavirə zalları, “Seçkilər” İnformasiya Mərkəzi, seçki məntəqələrindəki veb-kameralara nəzarət mərkəzi, yeməkxana və digər yardımçı otaqlar var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR