Bank Of Baku

Müsavat Partiyası iyulun 31-də mitinq keçirmək barədə qərar qəbul edib

Müsavat Partiyası iyulun 31-də mitinq keçirmək barədə qərar qəbul edib
# 19 iyul 2010 12:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, iclasda kütləvi aksiyalarla bağlı müzakirə aparılıb və növbəti mitinqin iyulun 31-də keçirilməsi nəzərdə tutulub: “Bununla bağlı tərəfdaşlarla müəyyən ilkin məsləhətləşmələr aparmışıq və bu məsləhətləşmələr davam edəcək. Əgər ümumi şəkildə razılıq olsa, aksiya iyulun 31-də keçiriləcək”. A. Hacılı iclasda parlament seçkilərinə hazırlıq, seçki dairələri üzrə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı müzakirələrin aparıldığını qeyd edib.

AXCP ilə Müsavat Partiyasının birləşməsi və parlament seçkilərində birgə iştirak etməsi məsələlərinə gəldikdə, A. Hacılı deyib ki, Müsavat başqanı İsa Qəmbər adıçəkilən partiyaların rəhbərliyi səviyyəsində aparılan müzakirələrlə bağlı toplantıda məlumat verib: “Bundan sonra da AXCP ilə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsi qərara alınıb. Eyni zamanda seçki dairələrində namizədlərin irəli sürülməsi və siyahıların müəyyənləşdirilməsi ilə bağlı da birgə müzakirələr aparılır. Biz AXCP ilə vahid seçki blokunda seçkilərdə iştirak etmək imkanlarını araşdırmağa başlamışıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR