Bank Of Baku

Müsavat Partiyası seçkilərdə Demokratiya Uğrunda İttifaqın namizədini müdafiə edəcək

Müsavat Partiyası seçkilərdə Demokratiya Uğrunda İttifaqın  namizədini müdafiə edəcək
# 19 iyul 2010 13:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Bu il Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı Müsavat Partiyasının Demokratiya Uğrunda İttifaqın 6, DUİ-nin isə Müsavat Partiyasının 12 namizədini müdafiə etməsi barədə razılıq əldə olunub. Biz çalışacağıq ki, DUİ ilə əldə olunan bu razılaşma qüvvəsində qalsın və düşünürəm ki AXCP də buna anlayışla yanaşacaq”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər deyib. Məclis sədri bildirib ki, bu, bütövlükdə müxalifət düşərgəsində gedən proseslərin ruhuna da uyğun olardı: “Əks halda yaranmış bu pozitiv atmosfer korlana bilər”. S. Əkbər bildirib ki, hazırda Müsavat Partiyası ilə AXCP arasında siyasi seçki blokunun yaradılması məsələsi gündəmdədir: “Qarşıdan gələn parlament seçkilərinə az qalıb və bu məsələnin qısa vaxtda həll olunmasına ehtiyac var. Ondan sonra artıq strateji birlik məsələsi gündəmə gələcək. Yəqin ki, bu strateji birlik məsələsinin gündəmdə olması eyni zamanda seçki blokunun yaranması məsələsini də asanlaşdıracaq. Artıq hər iki partiya öz siyasi iradəsini ortaya qoyub. Xüsusilə də bu iradə partiya rəhbərlikləri səviyyəsində açıq şəkildə ortadadır”.

S. Əkbər bildirib ki, partiyalar arasında aparılacaq danışıqlarda həm seçkilər, həm də partiyaların birləşməsi ilə bağlı bütün detallar müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR