Bank Of Baku

DUİ Sədrlər Şurası: Ən optimal variant DUİ-Müsavat-AXCP birliyidir

DUİ Sədrlər Şurası: Ən optimal variant DUİ-Müsavat-AXCP birliyidir
# 19 iyul 2010 15:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, DUİ Sədrlər Şurası bəyan edib ki, müxalifətin seçki öncəsi bir araya gəlməsi istiqamətində məqsədyönlü fəaliyyət göstərən siyasi ittifaq olaraq baş tutacaq birlikləri dəstəkləyir, eyni zamanda vurğulamağı özünə borc bilir ki, ən optimal variant DUİ-Müsavat-AXCP birliyidir. İttifaq bildirib ki, fərqli və lokal birliklərin son nəticədə hakimiyyətin arqumentlərinin güclənməsinə, müxalifətin parçalanmasına, gətirib çıxara bilər: “Bu, milli maraqlara zərbə, qarşıdakı seçkilərin bundan əvvəlkilərin təkrarı olacağına səbəb olacaq”.

DUİ Sədrlər Şurası Müsavat Partiyası ilə imzaladığı niyyət protokoluna və məsləhətləşmələrdə əldə olunan razılıqlara sadiqliyini bildirib, müxalifətin bir araya gəlməsi istiqamətində səmimi fəaliyyətin davam edəcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR