Bank Of Baku

Bu gün növbəti Qarabağ Forumu keçirilib

Bu gün növbəti Qarabağ Forumu keçirilib
# 19 iyul 2010 15:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Demokratiya Uğrunda İttifaqın (DUİ) təşəbbüsü ilə bu gün növbəti Qarabağ Forumu keçirilib. DUİ-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, forumda siyasi partiyaların, QHT-lərin nümayəndələri, millət vəkilləri və politoloqlar iştirak edib. Müzakirələrdən sonra Qarabağ probleminin həll olunması istiqamətində danışıqlarla bağlı bəyanat qəbul edilib. Bəyanatda işğal altında olan ərazilərin azad edilməsi istiqamətində konkret və praktik addımlar atmasının vacibliyi vurğulanır. Bundan başqa forum iştirakçıları şəhid gizir Mübariz İbrahimova Milli Qəhrəman adının verilməsini və onun meyitinin erməni tərəfindən alınması üçün konkret tədbirlər görülməsini tələb ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR