Bank Of Baku

Azərbaycan Liberal Partiyası ilə Vətəndaş və İnkişaf Partiyası seçki bloku yaradır

Azərbaycan Liberal Partiyası ilə Vətəndaş və İnkişaf Partiyası seçki bloku yaradır
# 20 iyul 2010 09:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Parlament seçkiləri ilə bağlı Liberal və Vətəndaş və İnkişaf partiyaları seçki bloku yaradacaq. ALP-nin sədr əvəzi Əvəz Temirxan APA-ya bildirib ki, hazırda hər iki partiyada seçkilərə hazırlıq işi birgə aparılır. Ə. Temirxan müəyyən məsələlər yekunlaşandan sonra seçki blokunun elan olunacağını qeyd edib: “Yaradacağımız seçki blokunda minimum ALP və VİP olacaq, maksimum isə digər partiyaların da bura qoşulması baş verə bilər”. Ə. Temirxan bildirib ki, bir sıra başqa partiyalarla da müzakirələr aparılır, lakin hələlik yekun qərar olmadığı üçün onların adları açıqlanmır. Həmçinin yaranacaq seçki blokunun adı da hələlik müəyyən edilməyib.

O, ALP və VİP-in seçkilərdə iştirak edəcək namizədlərinin müəyyən edildiyini və maksimum çox namizədlə iştirak etməyə çalışacaqlarını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR