Bank Of Baku

Əli Orucov: “Seçkilərdə AMİP-in adından qatılacaq müstəqil namizədlər bunun müqabilində partiyaya köməklik göstərməlidir”

Əli Orucov: “Seçkilərdə AMİP-in adından qatılacaq müstəqil namizədlər bunun müqabilində partiyaya köməklik göstərməlidir”
# 20 iyul 2010 11:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Parlament seçkilərində AMİP-in adından seçkilərə qatılacaq müstəqil şəxslər qarşılıqlı olaraq partiyaya nəverəcəklərini də düşünməlidirlər”. Bu açıqlamanı APA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov verib. Partiya katibi bildirib ki, bəzi müstəqil şəxslər seçkilərə AMİP-in namizədi kimi qatılmaq üçün onlara müraciət edib: “Təcrübədə başımıza gəlib, ötən parlament seçkilərində AMİP-in irəli sürdüyü Əli Məsimov və Vahid Əhmədov parlamentdə təmsil olundular. Amma onların bu təmsilçiliyi AMİP-ə heç nə vermədi. Biz komissiyalardan kənarda qaldıq. Bu dəfə belə namizədlərin irəli sürülməsi olarsa, bizim onlardan müəyyən istəyimiz, təmənnamız olacaq. Bu təmənna ondan ibarətdir ki, onlar partiyaya köməklik göstərməlidirlər. Ən azından partiyanın maraqlarını müdafiə etməli, partiya proqramının həyata keçirilməsi üçün çalışmalıdırlar. Belə olsa, həmin namizədləri dəstəkləyə bilərik”.

Ə. Orucov onu da bildirib ki, AMİP seçkilərə təkbaşına, öz namizədləri ilə, heç bir blokda təmsil olunmadan qatılmaq niyyətindədir. Bununla bərabər, AMİP müəyyən istiqamətlərdə digər müxalifət partiyaları ilə əməkdaşlığa da tərəfdardır: “Qanun pozuntularına qarşı səyləri birləşdirmək mümkündür. Amma seçkilərdə vahid namizədlərlə iştirak etmək məsələsi bizim gündəmdə deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR