Bank Of Baku

Bahar Muradova: “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşündən gözləntilər tam özünü doğrultmadı”

Bahar Muradova: “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşündən gözləntilər tam özünü doğrultmadı”
# 20 iyul 2010 11:37 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşündən gözləntilər tam özünü doğrultmadı”. APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının saytına açıqlamasında milli Məclisin sədr müavini Bahar Muradova deyib. Millət vəkili bildirib ki, bu görüşdən çox idi: “Çünki indiyə qədər münaqişənin sülh yolu ilə həlli istiqamətində böyük yol qət edilib və eyni zamanda, bu görüş ATƏT-ə üzv olan dövlətlərin xarici işlər nazirlərinin toplantısı çərçivəsində keçirilib. Bütün bunlar həmin görüşün önəmini artıran məqamlar idi. Erməni tərəfi növbəti dəfə qeyri-konstruktivlik nümayiş etdirdi və yenə də razılaşdırılmış məqamlardan geri çəkilməklə, birgə bəyanatın elan olunmasına müqavimət göstərməklə bu görüşün əhəmiyyətini kifayət qədər azaltdı. Bununla belə, məsələnin görüş çərçivəsində gündəlikdə olması və həmsədr ölkələrin xarici işlər nazirlərinin məsələ ilə bağlı bəyanatla çıxış etməsi müsbət haldır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR