Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev “Respublika” mehmanxanasının təmirdən sonrakı vəziyyəti ilə taniş olub

Azərbaycan prezidenti İlham Əliyev “Respublika” mehmanxanasının təmirdən sonrakı vəziyyəti ilə taniş olub
# 20 iyul 2010 16:42 (UTC +04:00)
Bakı-APA. “Respublika” mehmanxanası əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. APA-nın “AzərTAC”a istinadən yaydığı məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Respublika” mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olublar. Görülən işlər barədə dövlət başçısına məlumat verilərək bildirilib ki, yenidənqurma işlərini yerli və xarici mütəxəssislərdən ibarət inşaat briqadası həyata keçirib. İnşaat işlərində 140-a yaxın fəhlə və mütəxəssis iştirak edib, təmir və yenidənqurma işləri ən müasir standartlara uyğun şəkildə aparılıb. Qonaqların rahatlığını təmin etmək məqsədi ilə mehmanxanada müxtəlif idman qurğuları da quraşdırılıb. 12 mərtəbəli mehmanxanada 30 nömrəlik geniş və yaraşıqlı otaqlar ən müasir standartlara cavab verir. Mehmanxanada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans salonu da yaradılıb. Qonaqlara yüksək səviyyəli iaşə xidməti göstərmək üçün restoran və kafelər fəaliyyət göstərir. Azərbaycan prezidenti və xanımı görülən işlərlə yaxından tanış olub, mehmanxananın eyvanından şəhərin panoramını seyr ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR