Bank Of Baku

AMİP-in təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib

AMİP-in təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib
# 21 iyul 2010 11:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə ayrı-ayrı partiyaların mətbuat xidmətlərinin rəhbərləri, media təmsilçiləri və AMİP rəhbərliyi iştirak edib. Tədbirdə çıxış edən AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov Azərbaycan mətbuatının ötən müddət ərzində böyük sınaqlardan keçdiyini, təqib və təzyiqlərə məruz qaldığını bildirib. Partiya katibi buna baxmayaraq mətbuatın bu sınaqlardan çıxdığını, bu gün də qarşısına qoyduğu vəzifələri yerinə yetirdiyini bildirib: “Əkinçi” qəzeti Azərbaycan mətbuatı üçün böyük bir ənənə qoydu və bu gün bəzən bu ənənələrdən çıxma halları olur. Ümumilikdə Azərbaycanın müstəqillik dövrü mətbuatın inkişafının pik nöqtəsi hesab edilə bilər”.

Azərbaycan Demokrat Partiyasının mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılov Azərbaycan mətbuatının 135 yaşının olmasının böyük fərəh verdiyi deyib. O, bildirib ki, “Əkinçi” qəzetinin yazarları sonradan Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamış şəxslər olub və bu, həmin qəzetin əhəmiyyətinin göstəricilərindən biridir.

Tədbirdə çıxış edənlər mətbuatın bugünkü durumu, problemləri, jurnalistlərin sosial vəziyyəti barədə də öz fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR