Bank Of Baku

Prezident İlham Əliyev Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak edib

Prezident İlham Əliyev Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak edib
# 21 iyul 2010 12:10 (UTC +04:00)
Bakı-APA. Prezident İlham Əliyev Azərbaycan Duz İstehsalat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və müəssisə ilə yaxından tanış olub. Foyedə Heydər Əliyevin və prezident İlham Əliyevin müxtəlif sənaye müəssisələrinin açılışlarında iştirakına dair fotoguşə var. Müəssisə ilə tanışlıq zamanı məlumat verildi ki, duzun yodlaşdırılması yolu ilə yod çatışmazlığı xəstəliklərinin ləğv olunmasına dair proqrama uyğun olaraq 2007-ci ildə “Azersun Holdinq” Azərbaycanda ilk duz rafinasiya zavodunun tikilməsi missiyasını üzərinə götürüb. Bu layihə Azərbaycan İnvestisiya Şirkəti ilə birgə həyata keçirilib. Yeddi hektar ərazini əhatə edən istehsal müəssisəsinin gündəlik emal gücü 300 ton nəzərdə tutulur. Zavodun iş mexanizmi tamamilə avtomatlaşdırılmış sistem əsasında qurulub. Burada 130-a yaxın işçi çalışacaq. Duzun daşınması üçün Masazır-Novxanı avtomobil yolundan zavodadək əlavə yol çəkilib, torpaq qatını və qurğuları sudan qorumaq üçün sahilboyu bloklar düzülüb. Zavodun “Azərduz” və “Bizim duz” brendi ilə istehsal etdiyi duz Azərbaycan və dünya bazarına çıxarılacaq. Prezident İlham Əliyev zavodun məhsullarının nümunələrinə baxıb. Dövlət başçısına məlumat verilib ki, ümumi sahəsi 10 kvadrat kilometr olan göldə duz iki vəziyyətdə - lay və suyun tərkibində məhlul şəklində mövcuddur. Gölün duz ehtiyatı təxminən 1 milyon 735 min tondur. Konfrans salonunda zavodun maketi və fotoşəkilləri ilə tanışlıqdan sonra dövlət başçısı kollektivi təbrik edib, tapşırıq və tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR