Bank Of Baku

QAT üzvləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisi qarşısında aksiya keçiriblər

QAT üzvləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisi qarşısında aksiya keçiriblər
# 21 iyul 2010 12:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü şəhid gizir Mübariz İbrahimovun meyitinin geri qaytarılması tələbi ilə bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisi qarşısında aksiya keçiriblər. APA-nın məlumatına görə, iştirakçılar bu qurumun Bakı nümayəndəliyinin bağlanılması tələbi ilə çıxış edib, əllərində “BQXK rədd olsun!” şüarları yazılmış plakatlar tutublar. Aksiyanın sonunda BQXK-nin nümayəndəliyinin giriş-çıxış qapıları QAT üzvləri tərəfindən zəncirlənərək qıfılla bağlanıb. Aksiya iştirakçıları bununla bu nümayəndəliyin Azərbaycanda fəaliyyətindən narazı olduqlarını, şəhid gizirin meyitini geri almaq üçün heç nə etmədiklərini və ona görə də onların fəaliyyətinin davam etdirilməsinə heç bir ehtiyacın olmadığını bildiriblər.

Daha sonra Müdafiə Nazirliyinin qarşısına toplaşan QAT üzvləri “Qəhrəmanın cəsədini döyüşlə qaytarmalı!” şüarı səsləndiriblər. Müdafiə nazirinin müavini polkovnik Vaqif Məmmədov və mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlu aksiya iştirakçılarının qarşısına çıxıb, nazirliyin bu istiqamətdə gördüyü işlərlə bağlı məlumat veriblər. QAT üzvləri hələ də nəticənin olmamağından narazılıqlarını bildirib, konkret və qətiyyətli tədbirlərin görülməsini tələb ediblər.

Qeyd edək ki, bu il iyunun 18-də cəbhənin Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olan Milli Ordunun 22 yaşlı giziri Mübariz Ağakərim oğlu İbrahimovun meyiti erməni əsgərləri tərəfindən götürülüb və geri qaytarılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR