Bank Of Baku

MSK sədri Milli Demokratiya İnstitutunun nümayəndələri ilə görüşüb

MSK sədri Milli Demokratiya İnstitutunun nümayəndələri ilə görüşüb
# 21 iyul 2010 15:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Demokratiya İnstitutunun (ABŞ) Avrasiya üzrə direktoru Laura Cuit və təşkilatın Azərbaycan üzrə direktoru Aleks Qriqoriyevs ilə görüşüb. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə MSK sədri Məzahir Pənahov komissiyanın beynəlxalq qurumlarla əməkdaşlığı və bunun faydası barədə danışıb. Komissiya sədri bu ilin payızında Milli Məclisə keçiriləcək seçkilərə hazırlıqla bağlı məlumat verib və seçkilərin ölkənin seçki qanunvericiliyinə uyğun, azad və ədalətli keçiriləcəyini bildirib.

Laura Cuit təmsil etdiyi qurumun Azərbaycanda 1995-ci ildən fəaliyyət göstərdiyini, 1998-ci ildən isə MSK ilə əməkdaşlıq etdiyini xatırladıb. O, qarşıdan gələn seçkilərin uğurla keçiriləcəyinə inamını ifadə edib, MSK-nın seçkilərə hazırlıq istiqamətində həyata keçirdiyi tədbirlərlə maraqlanıb.

Görüşdə MSK ilə MDİ arasında gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR