Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak edib
# 22 iyul 2010 09:21 (UTC +04:00)
Əsaslı şəkildə və müasir üslubda yenidən qurulmuş ikimərtəbəli binada şura üzvlərinin və əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binanın ümumi tikinti sahəsi 700 kvadratmetrdir. Ətrafda abadlıq və yaşıllaşdırma işləri aparılıb, binada müasir işıqlandırma, havalandırma, yanğından mühafizə, rabitə sistemləri quraşdırılıb. Binada xidməti otaqlarla yanaşı, konfrans zalı, müraciətlərin qəbulu, monitorinq qrupu və komissiyalar üçün otaqlar da yerləşir.
Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşüb, onları həm Milli Mətbuat Günü, həm də yeni binanın istifadəyə verilməsi münasibətilə təbrik edib, tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR