Bank Of Baku

Yaqub Abbasov Böyük Britaniyadan siyasi sığınacaq alıb

Yaqub Abbasov Böyük Britaniyadan siyasi sığınacaq alıb
# 22 iyul 2010 14:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Açıq Cəmiyyət Partiyasının (ACP) İdarə Heyətinin üzvü Yaqub Abbasov mühacirətə gedib. Partiyanın sədr müavini Nizami Məmmədov APA-ya bildirib ki, Y. Abbasov Böyük Britaniya hökumətindən siyasi sığınacaq alıb və artıq Azərbaycanı tərk edib. O, Y. Abbasovun hazırda həyat yoldaşı və iki oğlu ilə birlikdə Britaniyada olduğunu və bu ölkədə yaşamağa qərar verdiyini söyləyib.

Qeyd edək ki, Y. Abbasov Demokratik Yol Partiyasının yaradıcısı və sədri olub. Sonradan bu partiya Azərbaycan Demokrat Partiyası ilə birləşib. Y. Abbasov 2006-cı ildə parlamentin keçmiş sədri Rəsul Quliyevin liderliyi ilə qurulan Açıq Cəmiyyət Partiyasının təsisçilərindən biri olub. O, 2009-cu ilin sonuna kimi ACP-də sədr müavini, sonra isə İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR