Bank Of Baku

“Ağdam – Qafqaz Xirosiması və ruhlar şəhəri” sərginin açılışı və “Qafqaz Xirosiması” filminin nümayişi keçirilib – FOTOSESSİYA

“Ağdam – Qafqaz Xirosiması və ruhlar şəhəri” sərginin açılışı və “Qafqaz Xirosiması” filminin nümayişi keçirilib – <font color=red>FOTOSESSİYA </font>
# 23 iyul 2010 10:55 (UTC +04:00)
APA-nın məlumatına görə, “İnam” Plüralizm Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda baş tutan sərgidə Ağdamın işğaldan əvvəl və işğaldan sonrakı mənzərələri əks olunan 60 foto nümayiş etdirilib. Tədbirdə çıxış edən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, sərginin keçirilməsində məqsəd “Qafqaz Xirosiması” kəlməsini mətbu və siyasi dilimizə gətirməklə, Qarabağın işğalı faktının ictimaiyyətinin diqqətinə daha aydın dildə təqdim etməkdir. “İnam” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi bu işdə irqi, dini, milli mənsubiyyətindən asılı olmayaraq bütün vicdanlı insanların yardımına ümid etdiyini bildirib: “Hədəfimiz bu sərgini dünyanın böyük-böyük şəhərlərində nümayiş etdirməkdir. İnanırıq ki, Qarabağı yalnız dəlicəsinə sevməklə qaytara bilərik. Sevməklə nail ola biləcəyimiz, nifrət bəsləməklə qazanacağımızdan qat-qat çoxdur. Qarabağa yol onu istəməkdən keçir”. Tədbirdə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, millət vəkili Məlahət Həsənova və başqaları çıxış ediblər. Daha sonra Vahid Qazinin ssenari müəllifliyi ilə çəkilən “Qafqaz Xirosiması” filminin nümayişi olunub. 8 dəqiqəlik film Azərbaycan, ingilis və rus dillərində hazırlanıb.

Sərginin açılış mərasimində xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, millət vəkilləri, ictimai xadimlər iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR