Bank Of Baku

Eldar İbrahimov: “Yeni Azərbaycan Partiyasının indidən kimin hansı dairədən namizəd olacağını açıqlamağa ehtiyacı yoxdur”

Eldar İbrahimov: “Yeni Azərbaycan Partiyasının indidən kimin hansı dairədən namizəd olacağını açıqlamağa ehtiyacı yoxdur”
# 23 iyul 2010 11:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Yeni Azərbaycan Partiyası yumruq kimi birləşən bir partiyadır. Parlament seçkiləri ilə bağlı məsələlərə də partiyada seçki prosesi yaxınlaşanda baxılacaq. Şəxsən mən fikirləşirəm ki, indidən kimlərin hansı dairədən namizəd olmasını açıqlamaq vacib deyil. Bizim partiyanın buna ehtiyacı yoxdur”. APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərlə görüşündə parlamentin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib. Millət vəkili bildirib ki, YAP seçkilərdə hər bir dairədən vahid namizəd irəli sürəcək: “YAP hər hansı dairədən namizəd irəli sürürsə və ora hər hansı başqa bir üzv gəlib namizədliyini irəli sürsə, bu düzgün olmaz. O zaman həmin adam çağırılır və ona deyilir ki, namizədliyini geri götür. Götürmürsə, partiyadan çıxarılır, seçilmir və biabır olur. Digər tərəfdən biz namizədlərə dövlət tərəfindən verilən 200 manat məsələsini ona görə götürdük ki, seçkilərdə həvəskarlar olur. Elələri var ki, namizədliyini irəli sürür və əsas namizədlərin yanına gedir ki, sənin xeyrinə namizədliyimi geri götürə bilərəm, mənim üçün nə edə bilərsən? Yəni prosesə pul qazanmaq üçün qatılanlar da var və biz bunların qarşısını da alacağıq. Yaranmış atmosfer elə olacaq ki, kimsə prosesə alver üçün qatıla bilməyəcək”.

YAP-ın namizəd siyahısına gəldikdə, E. İbrahimov bildirib ki, hakim partiyadan olan deputatların hamısının yenidən namizədliyini irəli sürmək daha yaxşı olar: “Onların hamısı fəal iş görüblər. Heç kim partiyanın rəhbərliyinin irəli sürdüyü təkliflərin əleyhinə çıxmayıb. İndi 61 deputatımız var. Mənim fikrimcə, bu dəfə partiyanın deputatlarının sayı artacaq, çünki elektoratımız genişlənib”. Özünün siyasi fəaliyyətinə gəldikdə millət vəkili bildirib ki, partiya rəhbərliyi nə qədər məsləhət bilsə, bir o qədər də deputat olacaq, amma məsləhət bilməsələr, sıravi YAP üzvü kimi fəaliyyət göstərəcək.

Bəzi partiyaların YAP-a birləşdirilməsi ilə bağlı səslənən təkliflərə gəldikdə, E. İbrahimov deyib ki, buna ehtiyac görmür: “YAP-ın 500 minlik üzvü var. Hansısa bir ailə partiyası bizə birləşmək istəyirsə, buna ehtiyac görmürəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR