Bank Of Baku

YAP-ın yerli təşkilatlarında seçki qərargahları yaradılır

YAP-ın yerli təşkilatlarında seçki qərargahları yaradılır
# 23 iyul 2010 14:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Hazırda parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) yerli təşkilatlarında seçki qərargahlarının yaradılması prosesi gedir. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan xəbərə görə, bu barədə YAP icra katibinin müavini Siyavuş Novruzov məlumat verib. O bildirib ki, ötən il bələdiyyə seçkilərində olduğu kimi, bu dəfə də YAP seçki prosesində iştirak edən fəallar üçün treninqlər keçirəcək. Treninqlər namizədlər üçün imza toplayanları, dairə və məntəqələrdə müşahidəçi təyin olunacaq şəxsləri əhatə edəcək.

S. Novruzov qeyd edib ki, əvvəlcə imza toplayacaq şəxslər üçün treninqlər keçiriləcək. Treninqlərin avqustun 15-dən başlanması nəzərdə tutulur. Bu tədbir partiyanın bütün yerli təşkilatlarını əhatə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR