Bank Of Baku

Müxalifət partiyaları mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib

Müxalifət partiyaları mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib
# 26 iyul 2010 09:33 (UTC +04:00)
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaq (DUİ) şəhər rəhbərliyinə etdiyi birgə müraciətdə aksiyanın keçirilməsi üçün bir neçə yer təklif edib. Müraciət müəllifləri Nərimanov kinoteatrının qarşısındakı meydan, Füzuli meydanı, Bakı şəhər İcra Hakimiyyəti, Prezident Administrasiyası, yaxud Nazirlər Kabinetinin 200 metrlik radiusunda mitinq üçün yer ayrılmasını xahiş edib. AXCP ilə birgə aksiyanın keçirilməsinə gəldikdə, A. Hacılı bildirib ki, bu mitinqlə bağlı Müsavat Partiyası DUİ və AXCP ilə müzakirələr aparıb: “Biz DUİ, AXCP və Müsavatın birgə kütləvi aksiyasının keçirilməsini istəyirik. Amma bəzi nüanslar var. Çalışacağıq ki, kütləvi aksiya ilə bağlı müraciət birgə olmasa da, bu aksiyanı AXCP ilə eyni vaxtla, eyni şüarlarla və eyni yerdə keçirək. Çalışacağıq ki, gələcəkdə də birgə aksiyalarımız olsun”.

AXCP sədrinin müavini Nurəddin Məmmədli APA-ya bildirib ki, onlar da eyni vaxtda və eyni yerdə aksiyanın keçirilməsi üçün BŞİH-nə müraciət ediblər: “Birgə aksiyalarla bağlı bizim qərarımız var. Ona görə də kimin müraciət etməyi əhəmiyyətli deyil. Hər iki tərəf müraciət edib. DUİ isə aksiyada Müsavat Partiyası tərəfindən iştirak edəcək. Bizim razılığımız Müsavatla olub, DUİ ilə yox”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR