Bank Of Baku

YAP Qərb dövlətlərinin seçki texnologiyalarından istifadə edəcək

YAP Qərb dövlətlərinin seçki texnologiyalarından istifadə edəcək
# 26 iyul 2010 10:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyası (YAP) bu il keçiriləcək parlament seçkilərində Qərb dövlətlərinin seçki texnologiyalarından istifadə edəcək. APA-nın məlumatına görə, partiya icra katibinin müavini Siyavuş Novruzov YAP-ın saytına bildirib ki, seçkilərə hazırlıq istiqamətində iş uğurla davam etdirilir. Azərbaycanda parlament seçkiləri öncəsi ictimai-siyasi vəziyyətin normal olduğunu söyləyən S. Novruzov dövlət tərəfindən seçkilərin azad və şəffaf keçirilməsi üçün lazımi addımların atıldığını deyib: “Biz seçki prosesinə seçkiyə rəsmi start veriləndən deyil, ondan xeyli əvvəl başlayırıq. Yəni rəsmi start verilən zaman biz kampaniya dövründə bütün mərhələlərə hazır vəziyyətdə olacağıq. Bu da qələbəmizi şərtləndirən amillərdən biridir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR