Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti iclası keçirilib

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti iclası keçirilib
# 26 iyul 2010 11:51 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib. DUİ Sədrlər Şurası iyulun 31-də keçiriləcək etiraz aksiyasının təşkilati - texniki tərəflərini müəyyənləşdirib və müvafiq qərarlar qəbul edib. İttifaqa daxil olan partiyalarla Müsavat Partiyası arasındakı son məsləhətləşmənin nəticələrini dəyərləndirən DUİ Sədrlər Şurası prosesin gedişini müsbət qiymətləndirib, birlik istiqamətində fəaliyyətin təqdir olunması haqqında qərar qəbul edib. İclasda, həmçinin bu ilin payızında keçirəcək parlament seçkilərinə hazırlıq vəziyyəti ilə bağlı müzakirələr aparıb, müvafiq qərarlar çıxarıb və eyni zamanda görülən işlərin təbliğinin gücləndirilməsi barədə razılıq əldə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR