Bank Of Baku

Ermənistandan qovulmuş azərbaycanlıların qaçqın kimi statuslarının beynəlxalq təşkilatlar tərəfindən tanınması üçün imza toplanıb

Ermənistandan qovulmuş azərbaycanlıların qaçqın kimi statuslarının beynəlxalq təşkilatlar tərəfindən tanınması üçün imza toplanıb
# 27 iyul 2010 13:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Müasir Müsavat Partiyasının (MMP) qərargahında Qərbi Azərbaycanlıların Əlaqələndirmə Şurası ilə MMP İdarə Heyətinin birgə növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda bir neçə ay öncə Qərbi Azərbaycan İcmasının yaradılması üçün verilən qərarların icrası müzakirə olunub.

Toplantıda ata-baba yurdundan deportasiya olunan qərbi azərbaycanlıların həmin torpaqlara qayıtması, yaxud itirilən əmlaklarının geri alınması, beynəlxalq təşkilatlar tərəfindən onların qaçqın kimi statuslarının tanınması üçün imzatoplama kampaniyasının başa çatdığı da bildirilib. İclasda imzaların Avropa Şurasına, ATƏT-ə, BMT-yə göndərilməsi barədə qərar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR