Bank Of Baku

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi Zaqatalada regional konfrans keçirilib

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi Zaqatalada regional konfrans keçirilib
# 27 iyul 2010 21:22 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov. APA. Zaqatalada “21-ci əsrdə zorakılıq əleyhinə əsas amil kimi daxili mədəniyyətin möhkəmləndirilməsi” mövzusunda regional konfrans keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon İcra Hakimiyyəti aparatından məlumat verilib. Məlumata görə, konfrans Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, rayonun hüquq mühafizə orqan işçiləri, ölkənin şimal-qərb bölgəsini təmsil edən rayonlarının (Balakən, Zaqatala, Qax, Şəki və Oğuz) ictimai-siyasi məsələlərdə fəallıq göstərən qadınları iştirak edib. Tədbir iştirakçıları ilk öncə Heydər Əliyevin abidəsini ziyarət edib, H. Əliyev muzeyi ilə yaxından tanış olublar.
Tədbirdə giriş sözü ilə çıxış edən Zaqatala rayon icra hakimiyyətinin başçısı M. Əhmədzadə və Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mövzu ətrafında geniş məruzə ilə çıxış ediblər.
Çıxışlar başa çatdıqdan sonra "21-ci əsrdə zorakılıq əleyhinə əsas amil kimi daxili mədəniyyətin möhkəmləndirilməsi" mövzusuna dair müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR