Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Demokratiya Uğrunda İttifaq bu birlikdə təmsil olunmasa, AXCP-Müsavat birliyi də olmayacaq”

Mirmahmud Mirəlioğlu: “Demokratiya Uğrunda İttifaq bu birlikdə təmsil olunmasa, AXCP-Müsavat birliyi də olmayacaq”
# 28 iyul 2010 09:16 (UTC +04:00)
Əks halda, AXCP-Müsavat birliyi də olmayacaq”. Bunu APA-ya açıqlamasında DUİ-də təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. AXCP sədrinin müavini Nurəddin Məmmədlinin indiki məqamda DUİ-nin AXCP-Müsavat birliyində təmsil olunmasının əlverişsiz olması barədə səsləndirdiyi fikirlərə münasibət bildirən M. Mirəlioğlu qeyd edib ki, N. Məmmədli ilə bir-birlərini kifayət qədər tanıyırlar, ona hörməti var və ondan da hörmət görüb: “Amma Nurəddin bəy öz işi ilə məşğul olsa, daha yaxşı olar. Mən birliyin bu formatda olmasını mövcud vəziyyətə, hazırladığımız layihəyə, müzakirələrə, insanlarla görüşlərdə dediyimiz fikirlərə və hazırkı real şəraitə əsaslanıb deyirəm. Amma onların mövqeyini dəyişib-dəyişməyəcəyini deyə bilmərəm. Bunu zaman göstərər”. M. Mirəlioğlu qeyd edib ki, DUİ ilə Müsavat rəhbərliyi arasında görüşlər davam etdirilir və bu müzakirələrin müsbət nəticəsinin olacağına ümidvardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR