Bank Of Baku

Vətəndaş və İnkişaf Partiyası yeni qərargah alıb

Vətəndaş və İnkişaf Partiyası yeni qərargah alıb
# 28 iyul 2010 11:51 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Vətəndaş və İnkişaf Partiyası (VİP) Yasamal rayonu ərazisində özünə yeni qərargah alıb. Partiyanın sədri Əli Əliyev APA-ya bildirib ki, yeni qərargah Fuad İbrahimbəyov küçəsi, 14 ünvanında yerləşir. Ə. Əliyev hazırda qərargahda təmir işlərinin aparıldığını və yaxın 10 gün müddətinə yeni ünvana köçəcəklərini bildirib.

Partiya sədri onu da qeyd edib ki, VİP-in Şəmsi Bədəlbəyli küçəsində yerləşən qərargahı “Qış Parkı”nın ərazisinə düşdüyündən dövlət tərəfindən alınıb, bunun müqabilində partiyaya 105 min manat kompensasiya ödənilib. Yeni qərargah da həmin pulla alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR