Bank Of Baku

ALP və VİP avqustun sonuna kimi seçki blokunu elan edəcək

ALP və VİP avqustun sonuna kimi seçki blokunu elan edəcək
# 28 iyul 2010 13:04 (UTC +04:00)
Bu barədə APA-ya VİP sədri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, blokda daha bir neçə partiyanın təmsil olunması nəzərdə tutulur və hazırda bununla bağlı müzakirələr aparılır: “Biz istəyirik ki, bütün məsələlər tam həll olunduqdan sonra blok ictimaiyyətə təqdim olunsun. Hazırda ALP və VİP-dən başqa, daha iki partiyanın və bir neçə ictimai birliyin blokda təmsil olunması barədə müzakirə aparılır. Blok minimum 60 seçki dairəsindən namizəd irəli sürəcək. Amma biz qarşıya daha böyük hədəflər qoymuşuq. Bu işləri seçkilərə start verilənə kimi yekunlaşdıra biləcəyik. Bizim əsas prinsipimiz odur ki, kəmiyyət arxasınca qaçmayaq. Bununla bərabər, blokun namizədlər siyahısında təmsil olunmaq niyyətində olan digər ictimai şəxslər, digər partiyaların nümayəndələri də var, onlara da dəstək veriləcək”.

2005-ci ildə “Yeni siyasət” blokunda təmsil olunan Azərbaycan Ziyalılar Birliyi də ALP və VİP-in yaradacağı seçki blokunda təmsil olunmaq qərarı verib. Birliyin sədri Eldəniz Quliyev APA-ya bildirib ki, bununla bağlı artıq qərar qəbul edilib, hazırda detallar müzakirə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR