Bank Of Baku

AMİP prezidentə müraciət edəcək

AMİP prezidentə müraciət edəcək
# 30 iyul 2010 09:58 (UTC +04:00)
Bakı – APA. İyulun 29-da Milli İstiqlal Partiyası Siyasi Şurasının növbəti iclası keçirilib. AMİP-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda əsas müzakirə mövzuları Dağlıq Qarabağ problemi, payızda keçiriləcək parlament seçkilərinə hazırlıq məsələləri olub.

Dağlıq Qarabağ probleminin həllini müzakirə edən Siyasi Şura ATƏT-in Minsk Qrupunun fəaliyyətinin səmərəsizliyini, aparılan danışıqların nəticə vermədiyini, Ermənistanın qeyri-konstruktiv mövqe tutmasını və problemin həllinin dalana dirənməsini əsas götürərək qərara alıb ki, bununla bağlı Azərbaycan prezidentinə, Milli Məclisə, ölkədə fəaliyyət göstərən siyasi partiyalara, QHT-lərə, ziyalılara və ictimaiyyətə müraciət olunsun.

Qarşıdan gələn parlament seçkiləri barədə müzakirələrin yekunu olaraq Siyasi Şura seçki hazırlığının gücləndirilməsini zəruri hesab edib.


Eyni zamanda Siyasi Şura partiyanın Mərkəzi Şurasında yaradılan daimi komissiyaların fəaliyyətini daha da intensivləşdirmək və keyfiyyətini artırmaq üçün müxtəlif sahələr üzrə təcrübəli mütəxəssislərin cəlb olunmasını məqbul sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR