Bank Of Baku

“ELS” Müstəqil Araşdırmalar mərkəzi parlament seçkilərində qadınların fəallığını artırmaq üçün tədbirlər həyata keçirəcək

“ELS” Müstəqil Araşdırmalar mərkəzi parlament seçkilərində qadınların fəallığını artırmaq üçün tədbirlər həyata keçirəcək
# 30 iyul 2010 12:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “ELS” Müstəqil Araşdırmalar mərkəzi bu il Azərbaycanda keçiriləcək parlament seçkilərində qadınların fəallığını artırmaq üçün tədbirlər həyata keçirəcək. APA-nın məlumatına görə, bu məqsədlə təşkilat “Qadınların seçici fallığının artırılmasında beynəlxalq təcrübənin tətbiqi” adlı layihənin təqdimetmə mərasimini keçirib. Təşkilatın sədri İradə Yaqubova bildirib ki, ABŞ səfirliyi tərəfindən dəstəklənən layihənin həyata keçirilməsi bir neçə mərhələli olacaq. O, Azərbaycanda bir sıra hallarda fəal olan qadınların seçilmək hüququndan istifadə etmək istəmədiyini bildirib. Buna görə də bu istiqamətdə maarifləndirmə işinin aparılmasının vacib olduğunu deyən İ. Yaqubova bildirib ki, layihə çərçivəsində araşdırmanın aparılması, maarifləndirici materialların nəşri və Gəncədə beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur: “Biz ümid edirik ki, ötən parlament seçkiləri ilə müqayisədə bu dəfə seçkilərdə namizədliyini irəli sürən qadınların sayı kifayət qədər çox olacaq. Biz seçici qadınların fallığının artırılması üçün da tədbirlər həyata keçirəcəyik”.

Milli Mədəniyyətin Müdafiəsi İctimai Birliyinin sədri Jalə Cəfərova isə bildirib ki, seçkilərin ədalətli keçirilməsi təmin olunarsa, o zaman qadınların seçkilərdə fallığı da təbii olaraq artacaq: “Əks halda isə süni şəkildə fallıq yaradılacaq ki, bunun da heç bir ictimai effekti olmayacaq”.

Tədbirdə iştirak edən digər qadın təşkilatlarının sədrləri, hüquqşünaslar mövzu barədə öz fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR