Nurəddin Məmmədli: “İnanıram ki, Xaliq Bahadırın emosional püskürməsi sona yetəcək və proseslər qaydasında davam edəcək”
N. Məmmədli deyib ki, X. Bahadırın ona təzyiq göstərilməsi, böhtan atılması ilə bağlı dedikləri həqiqətə uyğun deyil: “O, bütün hallarda öz dediklərinin reallaşmasını istəyən bir adamdır. Hətta mənə deyir ki, bu məsələdə niyə onu müdafiə etmirəm. Ona izah və sübut etmişəm ki, haqlı deyil, buna görə də onu müdafiə etmək düzgün olmaz. Xaliq Bahadırın birliyə qarşı çıxması tamamilə anlaşılmaz yanaşmadır. Deyir ki, birləşmə ilə bağlı partiyada müzakirə aparılmayıb. Halbuki mənim iştirak etdiyim Rəyasət Heyətində bu məsələ ən azı 5 saat müzakirə edilib. Burada Xaliq Bahadırdan daha ciddi müqavimət göstərən insanlar olub. Amma sonda qərara alınıb ki, bu sosial sifarişdir və bütün çətinliklərə baxmayaraq bu sınaqdan keçməliyik. Yəni bu, bir testdir. Kənarda dayanıb “bu məsələ partiyada müzakirə aparılmayıb” demək obyektivlikdən kənardır, yalandır. Bu müzakirə olub və mən orada iştirak etmişəm. Ona görə də Xaliq Bahadırın dedikləri yanlışdır”.
N. Məmmədli bildirib ki, AXCP Müsavatla danışıqlara qərar verib, lakin hələlik ortada heç nə yoxdur: “Əgər birləşmək olacaqsa, bu, Nizamnaməyə uyğun olaraq qurultayda müzakirə ediləcək, sonra isə birləşdirici qurultay olacaq. Mən AXCP-də olduğum müddətdə daim aşağıdan təzyiqlər görmüşəm ki, Müsavatla niyə birləşmirsiniz? Xüsusilə rayonlarda bu iki partiya vahid şəkildə fəaliyyət göstərir”.
X. Bahadırın AXCP-də birləşmənin əleyhinə olan şəxslərin olması barədə fikirlərinə gəldikdə, N. Məmmədli deyib ki, müəyyən adamlar birləşmənin əleyhinə ola bilərlər: “Amma burada ictimai motivlər tapmaq mümkün deyil. Sadəcə şəxsi münasibətlərdən doğan təpgilər ola bilər və bu, istisna deyil. Amma şəxsən mənə bu birləşməyə qarşı olan adamlar rast gəlməyib. Düzdür, narahatlıq ifadə edən, bunun bir söz oyunu olduğunu deyənlər var. Amma bunun əleyhinə olanlar nə partiya rəhbərliyində, nə də rayon təşkilatlarının fəalları içərisində var”.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
Filippində məktəbdə atışma baş verib: 6 nəfər ölüb, 17 yaralı var - YENİLƏNİB
Azərbaycan millisinin heyəti açıqlanıb
Yeni təmayül modeli: məktəbini dəyişmək istəməyən şagirdlər və repetitorluğun alternativi - ARAŞDIRMA
Hörmüz boğazında tankerə hücum edilib
Yol polisi Formula 1-lə əlaqədar sürücülərə müraciət edib
XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində açıq havada konsert proqramı nümayiş olunub - FOTO
FHN-in Muğan Regional Mərkəzi kompleks mülki müdafiə təlimi keçirib - FOTO
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib
Milli Musiqi Günü münasibətilə I Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarı ziyarət edilib - FOTO
ADY: Orta Dəhliz üzrə yükdaşımaların artması lokomotiv parkının yenilənməsini zəruri edir
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İnam Kərimov Asiya-Sakit okean regionu Ali Məhkəmələri sədrlərinin konfransında iştirak edib
FHN sürücülərə müraciət edib
APA Group yeni mövsümə başlayıb - VİDEO
Metro və dəmir yolu layihələri üçün torpaqların alınması qaydaları təkmilləşdirilir
“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb, aqrar sahədə yeni maliyyələşmə mexanizmi olacaq
Pentaqon ABŞ qoşunlarının Avropadan çıxarılması planını nəzərdən keçirir
Tahir Gozal “Azərbaycan Sənaye Bankı”nın rəhbəri seçilib - EKSKLÜZİV
Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinə media-tur təşkil edilib - FOTO
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib
Tbilisidə uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
“Yelo Bank”ın Müşahidə Şurasına yeni təyinat olub
ADY lokomotiv parkını yeniləyir: Çindən yeni lokomotivlər Bakıya gətirilib - FOTO
Azərbaycan DTX 5 ölkədə paralel antiterror tədbirləri keçirib, 10 nəfər saxlanılıb - VİDEO
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
NBC News: Pakistanda aprel görüşlərində İranla razılaşmanın qarşısını Marko Rubio alıb
Azərbaycan nefti 121 dollara satılıb
EBRD-nin Azərbaycandakı kredit portfelinin həcmi açıqlanıb
Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı keçirilib, Aras Bulut İynemli və daha 14 nəfər saxlanılıb
“Aşk-ı Memnu”nun aktrisası vəfat edib
Ötən gecə Moskva səmasında 64 Ukrayna dronu vurulub
Bu günün valyuta məzənnələri
Rusiyada Dövlət Dumasına seçkilər başlayıb
Dünya bazarında neftin qiyməti 104 dollardan aşağı düşüb
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Zaqatalada 52 yaşlı kişinin meyiti tapılıb
“Bitcoin”in qiyməti 77 min dolları ötüb
Qlobal fond bazarlarında yüksəliş müşahidə olunub
Bloomberg: ABŞ Tramp-Si Cinpin görüşünədək Çinə qarşı yeni rüsumlar tətbiq etməyəcək
KİV: ABŞ İraqdan çıxması ərəfəsində hava hücumundan müdafiə sistemlərini sökməyə başlayıb
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısının mümkün satışını təsdiqləyib
Axios: ABŞ Yaxın Şərqdəki hazırkı hərbi qüvvələrini uzun müddət saxlaya bilməyəcək
Aİ raket və PUA alınması üçün Ukraynaya 3,3 milyard avro ayıracaq
Husilər Səudiyyə Ərəbistanının Yəmənə sutka ərzində 37 hava zərbəsi endirdiyini açıqlayıb
ABŞ İranın “BitBank” kriptovalyuta birjasına sanksiya tətbiq edib
Reuters: Aİ Çinlə ticarət danışıqlarında oktyabradək konkret nəticələr əldə etməyə ümid edir
Axios: Ağ Ev İranın müharibədən sonrakı çəkindirilməsi strategiyasını hazırlayır
Putin Rusiyanın ərzaq embarqosunu 2028-ci ilin sonunadək uzadıb
ABŞ-da F-16 qırıcısı qəzaya uğrayıb
Pentaqon “Lockheed Martin”lə AIM-260 raketlərinin istehsalının artırılması barədə razılaşıb