Bank Of Baku

ASDP parlament seçkilərinə “Sizi deyib gəlmişəm” şüarı ilə qatılacaq

ASDP parlament seçkilərinə “Sizi deyib gəlmişəm” şüarı ilə qatılacaq
# 30 iyul 2010 14:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) parlament seçkilərinə “Sizi deyib gəlmişəm” şüarı ilə qatılacaq. APA-nın məlumatına görə, bunu partiyanın həmsədri Araz Əlizadə deyib. O, ötən parlament seçkilərinə də eyni şüarla qatıldığını söyləyib.

Həmsədr bildirib ki, ASDP-nin maddi imkanları geniş olmadığı üçün seçkidə çox məhdud sayda namizədlə iştirak edəcəklər: “Bu namizədlər tanınmış adamlar olacaqlar və seçki kampaniyasını öz üzərlərinə götürəcəklər. Hər kəs özü-özünü maliyyələşdirəcək. Biz yalnız partiya üzvlərinə və fəallara komanda verəcəyik ki, o namizədlərə kömək etsinlər”.

A. Əlizadə özü 17 saylı Yasamal seçki dairəsindən namizəd olacağını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR