Bank Of Baku

Bakı Şəhər Baş Polis İdarəsi icazəsiz aksiya keçirmək istəyən müxalifətçilərə xəbərdarlıq edib

Bakı Şəhər Baş Polis İdarəsi icazəsiz aksiya keçirmək istəyən müxalifətçilərə xəbərdarlıq edib
# 30 iyul 2010 14:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Paytaxtda icazəsiz mitinq keçirmək qərarı vermiş müxalifət partiyalarının təmsilçilərinə Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) tərəfindən xəbərdarlıq edilib. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu APA-ya bildirib ki, o, AXCP təmsilçisi Fuad Qəhrəmanlı və Müsavat Partiyasının təmsilçisi Hüseyn Məlik bu gün BŞBPİ-də olublar. İdarənin rəis müavini Yaşar Əliyev Bakı şəhər İcra Hakimiyyətinin aksiyanın şəhərin mərkəzində keçirilməsinə icazə verilmədiyini bildirərək mitinqin şəhər rəhbərliyi tərəfindən ayrılmış yerlərdə keçirilməsini təklif edib. Əks halda o, polis tərəfindən mitinqin keçirilməsinin qarşısının alacağını deyib.

Müxalifətçilər isə istənilən halda aksiyanın BŞİH-nin binası qarşısında keçirəcəklərini qeyd ediblər.

X. Teyyublu aksiyanın saat 17.00-da başlayacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR